--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü

Aysel Əlibəyli 03 İyul 2026 · 17:25 1110 baxış

Bakının Nizami rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə nəzarətə götürülərək söndürülüb.

Elpress.az xəbər verir ki, Bakının Nizami rayonunda açıq ərazidə baş vermiş yanğın operativ şəkildə söndürülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə ilə bağlı məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.Bildirilib ki, yanğın Babək prospekti ərazisində yerləşən açıq sahədə qeydə alınıb. Məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları hadisə yerinə cəlb olunub.Yanğınsöndürənlərin çevik və koordinasiyalı müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə tam söndürülüb.Hadisə nəticəsində təxminən 2 hektar ərazidə kol-kos və taxta tullantıları yanıb. Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub və daha böyük fəsadların qarşısı alınıb.Qeyd edək ki, ilkin məlumatlarda Nizami rayonu ərazisində quru otluq sahədə yanğın baş verdiyi, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin cəlb olunduğu bildirilmişdi. Son məlumata əsasən, yanğın tam söndürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda “Changan” aşdı: İki nəfər xəsarət aldı

Next Article

“Azərbaycanın faydalı bitki ehtiyatları” kitabının I cildi işıq üzü gördü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə yataqxanada yanğın: FHN hadisə yerində

Aysel Əlibəyli 07 İyul 2026 · 21:10 1124 baxış Gəncə şəhərində yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib. Elpress.az xəbər verir ki, hadisə Abbas Səhhət yaşayış massivində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. İlkin məlumata […]

Toy karvanında avtoxuliqanlığa sərt cəza

Aysel Əlibəyli 08 İyun 2026 · 17:05 1120 baxış Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin həyata keçirdiyi nəzarət və profilaktik tədbirlər nəticəsində toy karvanı zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri […]

Rusiyada axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:15 1054 baxış Hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilən şəxsin ekstradisiyası ilə bağlı qərar qəbul olunub Elpress.az xəbər verir ki, Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının Rusiyadan ölkəyə ekstradisiya […]

Dənizdə batan şəxsin müstəntiq olduğu məlum olub

Aysel Əlibəyli 26 İyul 2026 · 21:12 1066 baxış Sumqayıtda dənizdə batan 25 yaşlı şəxsin rayon prokurorluğunda müstəntiq vəzifəsində çalışdığı bildirilib. Elpress.az xəbər verir ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan şəxsin kimliyi məlum olub. […]