--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rusiyada axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:15 1056 baxış

Hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilən şəxsin ekstradisiyası ilə bağlı qərar qəbul olunub

Elpress.az xəbər verir ki, Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının Rusiyadan ölkəyə ekstradisiya olunması barədə qərar verilib.Baş Prokurorluğun məlumatına görə, ekstradisiya ilə bağlı vəsatət “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.İstintaq materiallarına əsasən, Qubadlı Hərbi Prokurorluğunda araşdırılan cinayət işi çərçivəsində Nahid Əlicanlının hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətdə özbaşına tərk etməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. Bu səbəbdən onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı qəbul edilib.Məlumata görə, istintaqdan yayınaraq gizləndiyi üçün o, beynəlxalq axtarışa verilib.Hazırda şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun tədbirlər həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İdlibdə hərbi aerodroma hücum edilib

Next Article

İyulda 185,5 min nəfərə ailə başçısını itirməyə görə ödəniş verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heydər Əliyev prospektində qəza səbəbilə sıxlıq yaranıb

Aysel Əlibəyli 04 İyun 2026 · 16:00 1192 baxış Paytaxtın Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən […]

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:05 1048 baxış Oğurluğu əvvəlcədən planlaşdıran, maska və əlcəkdən istifadə edən şəxs saxlanılıb Elpress.az xəbər verir ki, Şirvan şəhərində inşaat materiallarının satışı ilə məşğul olan mağazalardan birindən 18 327 […]