--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:28 1062 baxış

Məhkəmə qərarlarını dəyişdirmək vədi ilə vətəndaşları aldadan şəxslər uzunmüddətli həbs cəzası alıblar

Elpress.az xəbər verir ki, Məhkəmə qərarlarına təsir göstərmək və müxtəlif vədlərlə vətəndaşlardan külli miqdarda pul almaqda təqsirləndirilən 4 şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyev barəsində hökm elan olunub.Məhkəmənin qərarı ilə Rəsul Abbasov, Fəqan Həsənov və Zamin İbrahovun hər biri 7 il, Bəhruz Hacıyevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsi müəyyənləşdirilib.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunublar.İttihama əsasən, onlar Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohum və tanışlarının olduğunu bildirərək müxtəlif şəxslərdən pul alıblar.Təqsirləndirilən şəxslər həbsdə olan şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə, bu mümkün olmadıqda isə onların daha yüngül cəza almasına kömək göstərə biləcəklərini vəd ediblər.Bu vədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərdən ümumilikdə 100 min manat pul ələ keçirildiyi bildirilir.Məlumata görə, zərərçəkmişlərdən yalnız birinə dəymiş ziyanın 6 min manatı ödənilib. Digər zərərçəkmişlərə isə hər hansı ödəniş edilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB investisiya şirkətinin vəzifəli şəxsinə 500 manat cərimə kəsib

Next Article

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:05 1058 baxış Oğurluğu əvvəlcədən planlaşdıran, maska və əlcəkdən istifadə edən şəxs saxlanılıb Elpress.az xəbər verir ki, Şirvan şəhərində inşaat materiallarının satışı ilə məşğul olan mağazalardan birindən 18 327 […]

Saatlıda qəsdən yanğın törədən şəxs saxlanılıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 10:27 1076 baxış Saatlı rayonunda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Elpress.az xəbər verir ki, hadisə rayonun Musalı kəndi ərazisində baş verib.Aparılan araşdırmalar zamanı yanğının kənd […]

Ağdamda minalanmış ərazidə yanğın

Aysel Əlibəyli 19 İyul 2026 · 17:11 1096 baxış Ağdamda minalanmış ərazidə başlayan yanğının söndürülməsi davam edir Elpress.az xəbər verir ki, Ağdam rayonu istiqamətində, Ağdam–Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar […]

Xarici ölkəyə məlumat ötürən şəxs cəzalandırıldı

Aysel Əlibəyli 02 İyun 2026 · 17:25 1190 baxış Dövlətə xəyanət və qanunsuz silah saxlamaqda ittiham olunan Siyafət Fərzəliyevlə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Naxcıvanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində […]