--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:05 1078 baxış

Oğurluğu əvvəlcədən planlaşdıran, maska və əlcəkdən istifadə edən şəxs saxlanılıb

Elpress.az xəbər verir ki, Şirvan şəhərində inşaat materiallarının satışı ilə məşğul olan mağazalardan birindən 18 327 manat və 800 ABŞ dolları oğurlanıb.Hadisə ilə bağlı polisə daxil olan məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Nəticədə oğurluqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs mağazadan oğurluq etməyi əvvəlcədən planlaşdırıb. Hadisəni törədərkən maska və əlcəkdən istifadə etdiyi də müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Valid Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Next Article

AMB: BOKT-ların regionlardakı əhatə dairəsi bəzi banklardan genişdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda məktəbdə yanğın törətmək cəhdinin qarşısı alınıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 17:22 1106 baxış Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhd edildiyi bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Elpress.az xəbər verir ki, operativ tədbirlər sayəsində mümkün təhlükənin qarşısı […]

Xırdalanda yaşayış kompleksində yanğın söndürülüb

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 11:12 1078 baxış Abşeron rayonunun Xırdalan şəhərində yaşayış kompleksinin ərazisində baş verən yanğın tam söndürülüb. Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri alovun yaxınlıqdakı yaşayış binalarına və obyektlərə […]