--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AMB investisiya şirkətinin vəzifəli şəxsinə 500 manat cərimə kəsib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:54 1078 baxış

“CFI Financial İnvestisiya Şirkəti”ndə aparılan yoxlama zamanı korporativ idarəetmə qaydalarının pozulduğu müəyyənləşib

Elpress.az xəbər verir ki, “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.Mərkəzi Bankın şirkətdə keçirdiyi tematik yoxlama zamanı investisiya şirkətlərində korporativ idarəetmə standartlarının tələblərinə tam riayət edilmədiyi aşkarlanıb.Müəyyən edilmiş pozuntu ilə əlaqədar şirkətin vəzifəli şəxsinə İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.Qeyd edək ki, “CFI Financial İnvestisiya Şirkəti” QSC 2024-cü ilədək “Az-Finance İnvestisiya Şirkəti” adı ilə fəaliyyət göstərib. Şirkət həmin il beynəlxalq “CFI Financial Group” tərəfindən alınıb və bundan sonra adını dəyişib.Hazırda investisiya şirkətinin səhmlərinin 100 faizi CFI qrupuna məxsusdur. Şirkətin İdarə Heyətinin sədri Pərvanə Qasımovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya xarici aviaşirkətlərə Zelenskinin təhdidləri ilə bağlı izahat verib

Next Article

100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Aysel Əlibəyli 13 İyul 2026 · 10:54 1090 baxış Azərbaycan Mərkəzi Bankı iyulun 13-də qüvvədə olacaq rəsmi valyuta məzənnələrini elan edib. Elpress.az xəbər verir ki , Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan rəsmi valyuta […]