--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Xarici ölkəyə məlumat ötürən şəxs cəzalandırıldı

Aysel Əlibəyli 02 İyun 2026 · 17:25 1198 baxış

Dövlətə xəyanət və qanunsuz silah saxlamaqda ittiham olunan Siyafət Fərzəliyevlə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Naxcıvanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində barəsində cinayət işi açılmış Siyafət Fərzəliyev haqqında hökm Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi tərəfindən elan olunub. Elpress.az apa-ya istinadən verdiyi məlumata görə Hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən məhkəmə baxışında Siyafət Fərzəliyev təqsirli bilinərək 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İttiham aktına əsasən, o, xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq qarşılığında məxfi əməkdaşlığa cəlb olunub və verilən tapşırıqlar əsasında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə casusluq fəaliyyəti həyata keçirib. Bundan əlavə, onun qanunsuz olaraq odlu silahın komplekt hissələrini əldə etdiyi, daşıdığı və saxladığı bildirilib.Siyafət Fərzəliyev DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silahın komplekt hissələrinin əldə edilməsi, saxlanılması və daşınması) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şərifov: Belarusla əməkdaşlıq Qarabağın aqrar inkişafını sürətləndirəcək

Next Article

Livan və İsrail Vaşinqtonda yenidən danışıqlar masasına əyləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağsuda dağlıq ərazidə yanğın baş verib

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:54 1078 baxış Kalva kəndi yaxınlığındakı əraziyə FHN qüvvələri cəlb olunub Elpress.az xəbər verir ki, Ağsu rayonunun Kalva kəndi yaxınlığında yerləşən dağlıq ərazidə yanğın baş verib.Hadisə ilə bağlı Fövqəladə […]

“Patron” tumunun paketindən siqaret kötüyü çıxdı

Aysel Əlibəyli 06 Avqust 2026 · 14:17 1068 baxış İstehlakçı narazılığı: Marketdən alınan “Patron” tumunun içərisindən siqaret kötüyü çıxdı Elpress.az xəbər verir ki, Sosial şəbəkələrdə bir istifadəçi marketlərin birindən aldığı “Patron” markalı günəbaxan tumu məhsulundan […]

Elbrus faciəsi: Zirvə yürüşü ölümlə nəticələndi

Aysel Əlibəyli 19 İyul 2026 · 17:00 1094 baxış Rusiyanın ən hündür zirvəsi olan Elbrus dağında iki alpinistin iştirakı ilə ağır bədbəxt hadisə baş verib. Elpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin […]