--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İyunun 30-da hava necə olacaq?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:56 1154 baxış

Yayın son günlərində hava dəyişir: Bakıda yağış ehtimalı, bölgələrdə qeyri-sabit hava gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən “Elpress.az” a verilən xəbərə görə, İyunun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi bölgələrdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağması və şimşək çaxması ehtimal edilir.Gün ərzində küləyin istiqamətində dəyişiklik olacaq. Cənub-qərb küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə saatlarında 18-20 dərəcə, gündüz isə 25-29 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilsə də, səhər saatlarından başlayaraq şimal və qərb rayonlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv xarakter daşıya biləcəyi və dolu düşə biləcəyi bildirilir.Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər. Rayonlarda havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə, bəzi yerlərdə isə 23-28 dərəcə isti təşkil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kamboca “ASAN xidmət” modelini öyrənir

Next Article

DÇ azarkeş zonasına atəş açıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dini malların gömrükdən keçirilməsi qaydası açıqlanıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:27 1074 baxış Fiziki şəxslər dini təyinatlı malları hansı şərtlərlə ölkəyə gətirə bilərlər? Elpress.az xəbər verir ki, Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən keçirməsi […]

“Gənclik Mall”da xəbərdarlıq sistemi işə düşüb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:33 1044 baxış Ticarət mərkəzindəki xəbərdarlıq sisteminin texniki xəta səbəbindən aktivləşdiyi bildirilib Elpress.az xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində xəbərdarlıq sistemi texniki nasazlıq səbəbindən qısa müddətə işə düşüb.Hadisə […]