Aqil Ələsgər məktəbli geyimi ilə bağlı qərardan istifadə edərək Azərbaycanı “İslam düşməni” kimi təqdim etməyin doğru olmadığını bildirib.
Elpress.az xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər bu mövzuya “A-dan Z-yə” proqramının yeni buraxılışında toxunub
O, ayrı-ayrı qərarların tənqid edilə biləcəyini, lakin bunun Azərbaycanı bütövlükdə İslamın əleyhinə olan dövlət kimi təqdim etməyə əsas vermədiyini vurğulayıb.
Aqil Ələsgər fikirlərində ölkədə məscidlərə göstərilən diqqətə, Qarabağda dini ibadət məkanlarının yenidən qurulmasına və azan səsinə də diqqət çəkib. O, məsələlərə səbir və dövlətə güvən əsasında yanaşmağın vacibliyini qeyd edib.


