--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Aysel Əlibəyli 25 İyun 2026 · 16:23 1116 baxış

Bakı metrosunun inkişafında yeni mərhələ: yeni stansiyalarda liftlər, eskalatorlar və müasir infrastruktur tətbiq ediləcək

Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, bakı Metropolitenində yeni stansiyaların tikintisi çərçivəsində sərnişinlər üçün daha rahat və müasir şəraitin yaradılması nəzərdə tutulur.2030-cu ilə qədər Bakı metrosunda 10 yeni stansiyanın inşasının planlaşdırıldığı bildirilib. Onlardan birinin – şərti olaraq “B-04” adlandırılan və keçmiş “Semaşko” xəstəxanasının arxasında yerləşən stansiyanın tikintisinə artıq başlanılıb.Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirə zamanı məlumat verib.Onun sözlərinə görə, yeni stansiyada müasir standartlara uyğun texniki həllər tətbiq ediləcək. Sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə səviyyələrarası keçidlərdə eskalatorlar, liftlər və xüsusi təyinatlı pilləkənlər quraşdırılacaq.Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda daha 9 yeni stansiyanın layihələndirilməsi istiqamətində işlər davam etdirilir. Layihələr hazırlanarkən beynəlxalq standartlar, xarici ekspertlərin yanaşmaları və mövcud yerli normalar nəzərə alınır.Bildirilib ki, gələn ildən etibarən beş stansiyanın bənövşəyi xətt, dörd stansiyanın isə yaşıl xətt üzrə tikintisinə başlanılması planlaşdırılır. Yeni layihələrin əsas məqsədi metro infrastrukturunun genişləndirilməsi və sərnişinlər üçün daha təhlükəsiz, əlçatan və komfortlu nəqliyyat mühitinin yaradılmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Next Article

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xızıda mülki müdafiə məşqi keçirilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:19 1046 baxış FHN əməkdaşları ərazi qüvvələrinin fövqəladə hallara hazırlığını yoxlayıb Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin iştirakı […]

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:23 1068 baxış Daxili işlər naziri Sumqayıtda 585 vətəndaşın müraciətini dinləyib Elpress.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhərində vətəndaşlarla görüş keçirib, həmçinin polis və […]

Sabah havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:28 1050 baxış Bakıda 32, Azərbaycanın bəzi rayonlarında isə 35 dərəcəyədək isti hava gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 5-də Azərbaycanda əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Bununla […]

195E ekspres marşrutu fəaliyyətə başlayır

Aysel Əlibəyli 28 İyul 2026 · 14:04 1056 baxış Qaradağın Ələt qəsəbəsini Bayılla birləşdirən yeni ekspres avtobus xətti istifadəyə verilir Elpress.az xəbər verir ki, Sabahdan Bakıda Qaradağın Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə […]