--:--:-- | 09 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın qatılması ilə yadda qalıb və Bakı Fəaliyyətə Çağırışının qəbul olunması ilə nəticələnib.

Aysel Əlibəyli 23 May 2026 · 22:52 1138 baxış

Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) rekord sayda iştirakçı və tərəfdaşın qatılması, həmçinin “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi ilə yadda qalıb.

Mayın 22-də Bakıda “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələləri üzrə müzakirələr son gün də davam etdirilib.Forumun altıncı günündə müxtəlif dialoqlar, xüsusi sessiyalar və qrup müzakirələri təşkil olunub, eyni zamanda rəsmi bağlanış mərasimi və bayraqendirmə mərasimi keçirilib.Tədbir çərçivəsində “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda qadınların dəyirmi masası baş tutub. Sessiyada BMT Baş katibinin müavini Amina Mohammed, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisiya Skotland iştirak ediblər. Çıxışlarda qadınların mənzil və torpaq hüquqları, inklüziv şəhər inkişafı, təhlükəsiz şəhər mühiti və dayanıqlı urbanizasiya məsələləri müzakirə olunub, onların qərarvermə proseslərində rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.Digər sessiyada — “Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu” mövzusunda ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib. Müzakirələrdə mina təhlükəsinin bərpa proseslərinə təsiri, şəhər inkişafı və əhalinin təhlükəsizliyi məsələləri diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan 2020-ci ildən genişmiqyaslı minatəmizləmə fəaliyyəti həyata keçirib, 270 min hektardan çox ərazi təmizlənib, 250 mindən artıq mina və partlayıcı qurğu zərərsizləşdirilib və bu proses “Böyük Qayıdış” proqramına inteqrasiya olunub.Eyni zamanda “Urbisiddən dirçəlişə” adlı panel müzakirəsində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri diqqətə çatdırılıb. Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan üzrə nümayəndələr çıxış edərək dayanıqlı məskunlaşma, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi barədə məlumat veriblər.Forumda həmçinin yerli xalqların hüquqları ilə bağlı ilk dəyirmi masa keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov yerli xalqların mədəni irs və kimliyinin qorunmasının vacibliyini vurğulayıb, urbanizasiya proseslərinin inklüziv olmasının önəmini qeyd edib.Yekun mətbuat konfransında bildirilib ki, WUF13-də ümumilikdə 176 ölkədən 58 min nəfərdən çox iştirakçı qeydə alınıb, 580-ə yaxın sessiya keçirilib və 400-dən çox spiker çıxış edib. Forumda iştirakçıların 55 faizindən çoxunu qadınlar və qızlar təşkil edib.BMT rəsmiləri çıxışlarında tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək Azərbaycana təşəkkür ediblər. WUF13 çərçivəsində Azərbaycan ilə UN-Habitat arasında gələcək forumlar üçün təşkilati təlimatların hazırlanmasına dair niyyət məktubu da imzalanıb.Forumun əsas nəticəsi olaraq “Bakı Fəaliyyətə Çağırış” sənədi qəbul edilib. Bu sənəd qlobal mənzil böhranının həlli və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində ortaq yanaşmanı əks etdirir. Eyni zamanda ev sahibi ölkəyə yüksək səviyyəli təşkilatçılıq və dialoq mühitinə görə təşəkkür bildirilib.Forumun yekun sənədlərindən biri olan “Sədrin Xülasəsi”ndə dayanıqlı şəhərsalma, iqlim davamlılığı və inklüziv inkişaf istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vurğulanıb.WUF13 çərçivəsində Liderlər Sammitində 27 dövlət və hökumət başçısı, 150-dən çox nazir və 130-dan artıq şəhər rəhbəri iştirak edib. Forumun yeni təşəbbüsləri sırasında Bakı Urban Mükafatı, Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası və digər platformalar yer alıb.Bağlanış mərasimi Bakı Olimpiya Stadionunda keçirilib, mədəni proqramda milli rəqslər və muğam ifa olunub. Sonda forumun sədrlik funksiyası Azərbaycandan Meksikaya təhvil verilib və növbəti WUF-un 2028-ci ildə Mexikoda keçiriləcəyi elan edilib. Bayraqların endirilməsi mərasimi ilə tədbir rəsmi şəkildə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Binanın önündə meyit aşkarlanıb.

Next Article

Bakıda “Hyundai” markalı minik avtomobilində yanğın baş verib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:43 1036 baxış Bu gün – 5 avqust Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü qeyd olunur. Bu əlamətdar tarix münasibətilə ölkənin dəniz sərhədlərinin keşiyində dayanan hərbi dənizçilərin xidmətləri bir daha […]

Bakıda ekspres avtobuslarla bağlı YENİLİK

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 10:46 1014 baxış Elpress.az xəbər verir ki, Bakı Metropoliteninin “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında hərəkət edən M2 ekspres avtobus marşrutunda ikinci validator quraşdırılıb. Yeni validator sərnişinlərin avtobusa […]

Azərbaycanda boşanmaların nikahlara nisbəti 56-57 faizə çatıb

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:47 1038 baxış Dövlət Statistika Komitəsindən narahatedici rəqəmlər: 2026-cı ilin ilk 5 ayında 8 mindən çox boşanma qeydə alınıb Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı […]