--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda 9 marşrut alternativ yola yönləndirildi

Aysel Əlibəyli 14 Avqust 2026 · 18:49 1078 baxış

Bakının Mərdəkan qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 9 müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Elpress.az xəbər verir ki, Sergey Yesenin küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin həmin ərazidə hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyətlə əlaqədar 112, 140, 140E, 141, 144, 146, 182, 340 və 446 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələr üzrə təşkil edilib.Hazırda qeyd olunan marşrutlar Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə hərəkət edirlər.Təmir işləri başa çatdıqdan və yolun hərəkət üçün tam açılmasından sonra marşrutların əvvəlki hərəkət sxeminə qaytarılması gözlənilir.

Sərnişinlərə səfərlərini planlaşdırarkən sözügedən dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda palçıq vulkanlarının mühafizəsinə həsr olunan tədbir keçirilib

Next Article

Qubada 4,9 maqnitudalı zəlzələ qeydə alındı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Anormal isti hava xəbərdarlığı

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:36 1054 baxış Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq: Avqustun 9-da Bakıda, Aranda və Naxçıvanda 41 dərəcəyədək isti gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 9-da havanın […]

Xocasəndə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:15 1046 baxış Təmir işləri ilə əlaqədar Elçin Əzizov küçəsində hərəkət sentyabrın 14-dən məhdudlaşdırılacaq Elpress.az xəbər verir ki, Təmir işləri ilə əlaqədar sentyabrın 14-də saat 06:00-dan etibarən Binəqədi rayonunun […]

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Aysel Əlibəyli 26 İyun 2026 · 14:55 1108 baxış Elpress.az xəbər verir ki, iyunun 27-si axşam saatlarından başlayaraq 28-i səhərədək Bakıda və Abşeron yarımadasında intensiv leysan yağışlarının yağacağı proqnozlaşdırılır. Havanın ildırımlı keçəcəyi, gecə saatlarında isə […]