--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 1130 baxış

Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq doğuran məsələlərdəndir.

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda tütün məmulatlarının istifadəsi ilə bağlı qaydalar qanunvericiliklə tənzimlənir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda siqaret çəkilməsinin qadağan edildiyi məkanlar dəqiq göstərilib. Bu qaydaların əsas məqsədi insanların sağlamlığını qorumaq və tütün tüstüsünün digər şəxslərə mənfi təsirini azaltmaqdır.Qanuna əsasən, təhsil müəssisələri, məktəbəqədər təhsil ocaqları, xəstəxanalar, reabilitasiya mərkəzləri, idman və kütləvi tədbir keçirilən obyektlərdə, həmçinin restoran, kafe və bar kimi ictimai iaşə məkanlarında siqaret çəkmək qadağandır. Eyni zamanda ticarət və məişət obyektləri, sosial xidmət müəssisələri, hotellər və digər yerləşdirmə vasitələri də bu məhdudiyyətlərin tətbiq olunduğu yerlər sırasındadır.Bundan əlavə, teatr, kinoteatr, kitabxana, muzey, sərgi salonları, uşaq meydançaları, yeraltı və qapalı piyada keçidləri kimi ictimai məkanlarda da tütün istifadəsinə icazə verilmir.Qadağalar ictimai nəqliyyat vasitələrinə də aiddir. Şəhərdaxili və şəhərlərarası avtobuslarda, taksilərdə, metro stansiyaları və vaqonlarda, eləcə də hava, dəmir yolu və su nəqliyyatında siqaret çəkmək qanunla qadağan edilir. Həmçinin hava limanları, vağzallar, avtovağzallar, dayanacaqlar, liftlər, çoxmənzilli binaların ümumi istifadədə olan sahələri, yanacaqdoldurma məntəqələri və bütün iş yerləri bu siyahıya daxildir.Qanunla müəssisə və təşkilat rəhbərlərinin üzərinə də məsuliyyət qoyulur. Belə ki, siqaret çəkilməsi qadağan olunan ərazilərdə görünən yerlərdə “Tütün çəkmək qadağandır” xəbərdarlıq nişanları yerləşdirilməlidir.Bəzi obyektlərdə isə xüsusi siqaret çəkmə zonalarının yaradılmasına icazə verilir. Bu ərazilər açıq havada və ya xüsusi havalandırma sistemi ilə təmin edilməli, müəyyən olunmuş sanitar-gigiyenik tələblərə cavab verməlidir.Qeyd edək ki, qanunla siqaret çəkməyin qadağan olunduğu yerlərdə bu qaydanı pozan şəxslər 30 manat məbləğində inzibati cərimə ilə üzləşə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Next Article

Qırğızıstan XİN başçısı Türkiyəyə səfər edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda Beynəlxalq Minatəmizləmə Konfransının son paneli keçirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:37 1042 baxış Livan, Kamboca, Bosniya və Herseqovina və Serbiyanın mina təhlükəsi ilə mübarizə təcrübəsi təqdim olunub Elpress.az xəbər verir ki, Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında “Təhlükəsiz yaşayış […]

İldırım səbəbindən Bakı-Naxçıvan reysləri təxirə salınıb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:13 1048 baxış Əlverişsiz hava şəraiti AZAL-ın bir sıra uçuşlarının həyata keçirilməsinə mane olub Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) avqustun 29-na planlaşdırılan bəzi Bakı-Naxçıvan-Bakı reyslərinin icrası […]

Ağdamda 8 min nəfərin qayıdışı üçün komplekslər təhvil veriləcək

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:20 1066 baxış Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə də ailələrin köçürülməsi planlaşdırılır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən […]

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:06 1072 baxış Tədbirdə təhlükəsizlik mədəniyyətinin və fövqəladə hallarla bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və Nazirliyin yanında İctimai Şuranın […]