--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İldırım səbəbindən Bakı-Naxçıvan reysləri təxirə salınıb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:13 1062 baxış

Əlverişsiz hava şəraiti AZAL-ın bir sıra uçuşlarının həyata keçirilməsinə mane olub

Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) avqustun 29-na planlaşdırılan bəzi Bakı-Naxçıvan-Bakı reyslərinin icrası ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.AZAL-ın Mətbuat Xidmətindən verilən məlumata görə, meteoroloji vəziyyət normallaşdıqdan sonra uçuşların bərpa edilməsi nəzərdə tutulur. Sərnişinlər reyslərin vaxtında baş verə biləcək dəyişikliklər barədə məlumatlandırılacaqlar.Qeyd olunub ki, Naxçıvanın dağlıq relyefi və coğrafi xüsusiyyətləri bölgədəki hava şəraitinin uçuşlara təsirini artırır. Güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin qalxması və enməsi zamanı əlavə risklər yaradır.AZAL bildirib ki, uçuşların təxirə salınması və ya ləğvi ilə bağlı qərarlar yalnız hava limanındakı vəziyyət əsasında qəbul edilmir. Marşrut boyunca, həmçinin uçuşun başlanğıc və son məntəqələrində mövcud və gözlənilən meteoroloji şərait nəzərə alınır.Təhlükəsizliyin təmin edilməsi məqsədilə ekipaj və aviasiya üzrə əməliyyat xidmətləri beynəlxalq uçuş təhlükəsizliyi standartlarına uyğun qərarlar qəbul edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda hava kəskin dəyişəcək

Next Article

Zimbabvedə ağır qəza: 25 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Anar Bayramovdan yeni kadr qərarı

Aysel Əlibəyli 03 İyun 2026 · 11:51 1309 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr islahatları davam edir. Elpress.az FED.az-a istinadən xəbər verir ki, qurumun yeni rəhbərliyi mərkəzi aparatın daha 11 əməkdaşı ilə əmək […]

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıla bilər

Aysel Əlibəyli 23 İyul 2026 · 12:59 1124 baxış Bakı Qızlar Universiteti akkreditasiyadan keçməyib Elpress.az xəbər verir ki, Bakı Qızlar Universiteti dövlət akkreditasiyasından keçə bilməyib. İlkin məlumata görə, bu səbəbdən ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması […]

Dünya yeni iqlim böhranının astanasında

Aysel Əlibəyli 12 İyun 2026 · 11:50 1136 baxış Sakit okeanda formalaşan El-Ninyo fenomeninin son illərin ən güclü iqlim hadisələrindən birinə çevriləcəyi ehtimal olunur. ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin qiymətləndirməsinə əsasən, bu hadisənin […]

Müəllimlər üçün dress-kod qaydaları müəyyənləşdirildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:09 1074 baxış Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllim və digər təhsilverənlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Elpress.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar məktəblərdə işgüzar geyim […]