Tədbirdə təhlükəsizlik mədəniyyətinin və fövqəladə hallarla bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub
Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və Nazirliyin yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilən “Sülh Aylığı” çərçivəsində təşkil olunub.Görüşdə FHN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İradə Kərimova, Hüquq şöbəsinin Hüquqi təhlil və təminat sektorunun müdiri Elnar Məmmədov, FHN yanında İctimai Şuranın sədri Fuad Hacızadə və şura üzvləri iştirak ediblər.Çıxışlarda 21 avqust–21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi xatırladılıb. Kampaniya çərçivəsində sülh və təhlükəsizlik mədəniyyətinin, qarşılıqlı hörmət və həmrəyliyin təşviqinin əhəmiyyəti vurğulanıb.Bildirilib ki, sülh yalnız müharibə və qarşıdurmanın olmaması ilə məhdudlaşmır. İnsanların təhlükəsiz və ləyaqətli həyat sürməsi, cəmiyyətdə sabitlik və qarşılıqlı etimadın möhkəmləndirilməsi də sülhün əsas şərtləri sırasında yer alır.Tədbirdə FHN-in insanların həyat və sağlamlığının qorunması, təhlükəsizliyin təmin edilməsi və fövqəladə halların qarşısının alınması istiqamətində fəaliyyəti də diqqətə çatdırılıb.Həmçinin fövqəladə hallar zamanı düzgün davranış qaydaları ilə bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub. Əhalinin təhlükəsizlik məsələləri barədə mütəmadi və düzgün məlumatlandırılması, cəmiyyətdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.


