--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Həyat qurtaran yenilik: Təcili yardım briqadaları motosikletə keçir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:50 1108 baxış

Elpress.az xəbər verir ki, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib.

Layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində xüsusi təchiz olunmuş motosikletlərdən istifadə ediləcək. Dünyanın bir sıra ölkələrində uğurla tətbiq olunan bu model paytaxtda da çağırış ünvanına daha qısa müddətdə çatmağa imkan verəcək.

Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi ambulans hadisə yerinə çatana qədər xəstəyə ilkin tibbi yardım göstərəcək və zərurət yarandıqda həyati vacib müdaxilələr həyata keçirəcək.

Məlumata görə, xidmətə cəlb ediləcək motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz olunacaq.

Qeyd edək ki, yeni xidmət modeli xüsusilə paytaxtda nəqliyyat sıxlığının müşahidə olunduğu saatlarda təcili tibbi yardımın operativliyinin artırılmasına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeronda şəhidlər ehtiramla anılıb

Next Article

Rusiya daha bir qəsəbəyə nəzarəti ələ keçirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1164 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]

Alyona Əliyeva beynəlxalq konfransda iştirak edib – FOTOLAR

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 21:04 1056 baxış Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakıda keçirilən inklüziv məşğulluq mövzusunda beynəlxalq tədbirdə iştirak edib. Elpress.az xəbər verir ki, Alyona Əliyeva tədbirlə bağlı görüntüləri şəxsi “Instagram” […]

Prezidentə təbrik mesajları göndərilir

Aysel Əlibəyli 26 May 2026 · 17:12 1193 baxış Malayziya Kralı Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo-a istinadən verdiyi məlumata görə, məktubda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə və […]

Cəbrayılın iki kəndinə növbəti köç həyata keçirilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:09 1086 baxış Şükürbəyli və Horovluya qayıdan ailələrə yeni evlərinin açarları verilib Elpress.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti məcburi köçkün ailələrinin qayıdışı baş tutub.Avqustun […]