--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Cəbrayılın iki kəndinə növbəti köç həyata keçirilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:09 1084 baxış

Şükürbəyli və Horovluya qayıdan ailələrə yeni evlərinin açarları verilib

Elpress.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti məcburi köçkün ailələrinin qayıdışı baş tutub.Avqustun 28-də təşkil olunan köç zamanı Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə, ümumilikdə 12 nəfər yerləşdirilib. Doğma torpaqlarına qayıdan ailələr indiyədək Azərbaycanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.Köçürülən sakinlər üçün kəndlərdə inşa edilmiş yeni mənzillərin açarları təqdim olunub. Doğma yurda qayıdan ailələr yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə təşəkkürlərini ifadə ediblər.Sakinlər torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını bildirərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.Köç mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Next Article

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1144 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]

Sabah ölkədə 41 dərəcə isti olacaq

Aysel Əlibəyli 25 İyul 2026 · 14:30 1080 baxış İyulun 26-da Bakıda havanın temperaturunun 40, bəzi rayonlarda isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 26-da Bakıda və […]

AYNA 6 yeni ekspres avtobus marşrutunu istifadəyə verir

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:07 1098 baxış Paytaxt nəqliyyatında yeni addım: AYNA 6 yeni ekspres marşrut xətti açır və mövcud xətlərdə avtobus sayını artırır Elpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) […]

Tələbələr üçün süni intellekt təlimi keçirilib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:13 1048 baxış “AI4Real Bootcamp” proqramında 14 universitetdən 26 tələbə iştirak edib Elpress.az xəbər verir ki, Azercell-in təşəbbüsü və dəstəyi, ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “AI4Real Bootcamp” intensiv təlim […]