Abşeronda şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib
Elpress.az xəbər verir ki, Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət olunub, ailə üzvləri ilə görüşlər keçirilib.Tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon rəhbərliyi, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər. Şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.Həmçinin Milli Qəhrəmanlar Polad Həşimov və Mübariz İbrahimovun məzarları da ziyarət edilərək xatirələri anılıb. Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.


