Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakıda keçirilən inklüziv məşğulluq mövzusunda beynəlxalq tədbirdə iştirak edib.
Elpress.az xəbər verir ki, Alyona Əliyeva tədbirlə bağlı görüntüləri şəxsi “Instagram” hesabında paylaşıb.
Oktyabrın 15-də başlayan I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması, onların davamlı iş imkanlarının genişləndirilməsi məsələlərinə həsr edilib.
İki gün davam edəcək tədbirdə ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən mütəxəssislər, dövlət qurumlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri iştirak edirlər. Konfrans çərçivəsində inklüziv iş mühitinin yaradılması və beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi müzakirə olunur.






