--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Həyətdə maşın yumaq cərimə ilə nəticələnə bilər

Aysel Əlibəyli 31 İyul 2026 · 11:59 1168 baxış

Avtomobili və xalçanı həyətdə yuyanlar hansı halda cərimələnə bilər?

Elpress.az xəbər verir ki, Çoxmənzilli binaların həyətlərində avtomobil və xalça yuyulması ilə bağlı məsuliyyət məsələsi gündəmə gəlib.Qanunvericilikdə avtomobil və ya xalçanın həyətdə yuyulmasını birbaşa qadağan edən ayrıca norma nəzərdə tutulmasa da, bu proses zamanı yaranan çirkab sularının ətrafa axıdılması hüquqi məsuliyyət yarada bilər.Avtomobil yuyularkən suya yuyucu vasitələrlə yanaşı, yağ, yanacaq qalıqları, təkər və əyləc hissəcikləri kimi çirkləndiricilər qarışa bilər. Xalçaların yuyulması zamanı isə yuyucu maddələr və müxtəlif çirkabların torpağa axması mümkündür.Lakin belə hallarda cərimənin tətbiqi avtomatik xarakter daşımır. Məsuliyyətin yaranması üçün torpağın tullantı, kimyəvi maddə və ya çirkab suları ilə faktiki çirkləndirildiyi müəyyən edilməlidir.İnzibati Xətalar Məcəlləsinə əsasən, torpağın bu şəkildə çirkləndirilməsinə görə fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 7 500-10 000 manat məbləğində cərimələnə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sadır Japarov “Heydər Əliyev” ordeninə layiq görülüb

Next Article

Bağçada uşağın döyülməsi iddiasına rəhbərlikdən cavab

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhid ailələri üçün maliyyələşmə 2029-cu ilədək uzadıldı

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 19:11 1086 baxış Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və reabilitasiya təminatı üzrə tədbirlərin maliyyələşdirilməsi üçün müddət 2029-cu ilədək uzadılıb. Elpress.az xəbər verir ki, […]

57 işçi əvvəlki işinə bərpa edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:33 1116 baxış Qanunsuz işdən çıxarılan 57 nəfər əvvəlki iş yerlərinə qaytarılıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2026-cı ilin […]

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1076 baxış Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə […]

Sabah Bakıda yağış yağacaq

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:28 1110 baxış Sentyabrın 10-da paytaxtda fasilələrlə yağış və şimşək gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir […]