--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Şəhid İsmayıl Kərimlinin qəhrəmanlığı sənədli filmdə yaşadıldı

Aysel Əlibəyli 04 Noyabr 2026 · 20:13 1050 baxış

Vətən müharibəsində döyüş yoldaşlarını xilas etmək istəyərkən şəhid olan İsmayıl Kərimlinin həyat hekayəsi ekranlaşdırılıb.

Elpress.az xəbər verir ki, qəhrəman şəhidin xatirəsinə həsr olunan “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səməd Mehriban Ağayevdir. Təqdimatda iştirak edən Milli Məclisin deputatları Azay Quliyev və Məlahət İbrahimqızı ekran əsərinin əhəmiyyətindən danışaraq şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıblar.

Azay Quliyev çıxışında bildirib ki, İsmayıl Kərimli və Vətən uğrunda canından keçən digər qəhrəmanlar xalqın yaddaşında daim yaşayacaqlar. Məlahət İbrahimqızı isə filmin yalnız bir şəhidin deyil, bütün şəhidlərin xatirəsinə ehtiram nümunəsi kimi dəyərləndirilə biləcəyini qeyd edib.

Ekran əsərinin yaradıcı heyətində baş prodüser Ceyhun Kərimov, quruluşçu operator Toğrul Qəhrəmanlı, montaj rejissoru Mirvüqar Abdulov və bəstəkar Vüqar Məmmədzadə yer alıblar.

İsmayıl Kərimli 10 oktyabr 1997-ci ildə Bakıda anadan olub. O, 2020-ci il Vətən müharibəsi zamanı noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas etməyə çalışarkən ağır yaralanaraq şəhid olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda iri poliklinikalardan birinə yeni baş həkim təyin edildi

Next Article

Prezidentə Zəfər Günü münasibətilə təbrik məktubları gəlir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarıbülbül İğdırda qızıl boyunbağıda

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:35 1094 baxış Azərbaycanın simvollarından biri olan Xarıbülbül İğdırda zinət əşyası kimi təqdim edilib Elpress.az xəbər verir ki, Azərbaycan və Qarabağın tanınmış simvollarından biri olan Xarıbülbül İğdırda zərgərlik nümunəsinə […]

“Sea Breeze”də yeni kino məkanı yaradılır

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:50 1106 baxış “Sea Breeze” ərazisində kino həvəskarları üçün yeni məkan yaradılacaq. Layihə çərçivəsində müasir nümayiş imkanlarına malik çoxzallı kinoteatrın istifadəyə verilməsi planlaşdırılır. Elpress.az xəbər verir ki, “Sea Breeze” […]

Heydər Əliyev Mərkəzindən Çinə xüsusi jest

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:42 1108 baxış Bakının məşhur memarlıq simvollarından olan Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş xüsusi işıqlandırma həyata keçirilib. Elpress.az xəbər verir ki, oktyabrın 1-də […]

İlham Əliyev Böyük Britaniyanın ticarət nazirini qəbul edib

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 16:03 1102 baxış Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarı qəbul edib. Elpress.az xəbər verir ki, görüş oktyabrın […]