Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və reabilitasiya təminatı üzrə tədbirlərin maliyyələşdirilməsi üçün müddət 2029-cu ilədək uzadılıb.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu məqsədlə 2022-ci il 29 sentyabr tarixli sərəncamda dəyişiklik edib.
Yeni qərara əsasən, qeyd olunan şəxslərin mənzil və fərdi evlərlə, reabilitasiya vasitələri və xidmətləri ilə təmin olunması 2022–2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.
Əvvəlki qaydalarda maliyyələşmə müddəti 2026-cı ilədək nəzərdə tutulmuşdu.


