--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:03 1078 baxış

Sənaye müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.Tədbirin əsas məqsədi təhlükə potensiallı obyektlərdə fəaliyyət göstərən sənaye müəssisələrində texniki təhlükəsizliyin mövcud vəziyyətini qiymətləndirmək və mümkün bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirləri müzakirə etmək olub.Seminarda Agentliyin əməkdaşları, Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən yerli icra hakimiyyəti nümayəndələri və müxtəlif sənaye sahələrində çalışan sahibkarlar iştirak ediblər.Çıxışlar zamanı sənaye müəssisələrində təhlükəsizlik tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb. Həmçinin texniki təhlükəsizliyin təmin edilməsi, mövcud qayda və normativ sənədlərin tətbiqi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.Tədbirdə sənaye və dağ-mədən sahələrində mövcud təhlükəsizlik problemləri barədə fikir mübadiləsi aparılıb, bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı təkliflər səsləndirilib.Sonda mövzu ətrafında geniş müzakirələr keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xarici diplomatlar Qarabağ Universitetinə səfər ediblər

Next Article

Hövsan yolundakı sıxlığın səbəbi açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda 2 avtomat və 13 tüfəng aşkarlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:33 1054 baxış Polis bir gündə silah-sursat və müxtəlif çaplı patronlar götürüb Elpress.az xəbər verir ki, Avqustun 21-də Azərbaycan ərazisində polis əməkdaşları tərəfindən müxtəlif növ odlu silah və sursatlar […]

Sabahın hava proqnozu açıqlandı

Aysel Əlibəyli 22 İyul 2026 · 12:39 1112 baxış Sabah Bakıda günəşli, bəzi dağlıq rayonlarda isə yağışlı hava gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 23-nə olan hava proqnozunu açıqlayıb. Bakıda və Abşeron […]