--:--:-- | 19 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Şəhid ailələri və müharibə əlilliyi olan şəxslərə 36 mənzil verilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:10 1028 baxış

Mənzillər Hövsan Yaşayış Kompleksindən təqdim olunub

Elpress.az xəbər verir ki, Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün növbəti mənzil təqdimatı keçirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə MİDA-nın Hövsan Yaşayış Kompleksindən 36 mənzil yeni sahiblərinə təqdim olunub. Mənzillərlə bağlı sənədlərin təqdim edilməsi 4 saylı DOST Mərkəzində baş tutub.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə əlilliyi olan şəxslərin dövlətin sosial dəstək proqramları ilə əhatə olunduğunu bildirib.Qeyd olunub ki, mənzillə təminat həmin kateqoriyalara göstərilən sosial dəstəyin əsas istiqamətlərindən biridir. Vətən müharibəsindən sonra mənzil təminatı proqramının əhatə dairəsi genişləndirilib və postmüharibə dövründə 7 300-dən çox, ümumilikdə isə 16 mindən artıq mənzil təqdim olunub.Bundan əlavə, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən müavinət və təqaüdlərin orta hesabla iki dəfədən çox artırıldığı bildirilib. Bu şəxslərin məşğulluğunun təmin edilməsi və reabilitasiya xidmətlərinə çıxışının yaxşılaşdırılması istiqamətində də tədbirlərin davam etdirildiyi qeyd olunub.Yeni mənzillərlə təmin olunan vətəndaşlar dövlət tərəfindən göstərilən sosial dəstəyə görə təşəkkürlərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Next Article

Filippində məktəbdə silahlı insident baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda boşanmaların nikahlara nisbəti 56-57 faizə çatıb

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:47 1042 baxış Dövlət Statistika Komitəsindən narahatedici rəqəmlər: 2026-cı ilin ilk 5 ayında 8 mindən çox boşanma qeydə alınıb Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı […]

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:24 1076 baxış Ali məktəblərə qəbul imtahanı zamanı qayda pozuntusuna yol verməyə çalışan şəxs müəyyən edilərək imtahandan uzaqlaşdırılıb. Hadisə V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanında qeydə alınıb. Elpress.az […]

Azərbaycanda yağışlı hava müşahidə olunur

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:24 1044 baxış Dağlıq və dağətəyi ərazilərdə şimşək çaxır, bəzi rayonlara leysan düşür Elpress.az xəbər verir ki, Azərbaycanda bəzi bölgələrdə qeyri-sabit hava şəraiti müşahidə edilir.Avqustun 11-i saat 11:00-a olan […]