--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xarici diplomatlar Qarabağ Universitetinə səfər ediblər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:57 1096 baxış

Diplomatik nümayəndələr universitetdə yaradılan təhsil infrastrukturu ilə tanış olublar

Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura təşkil olunan iki günlük səfər çərçivəsində Qarabağ Universitetində olublar.Xarici diplomatları universitetin rektoru Şahin Bayramov qarşılayıb. Rektor qonaqlara ali təhsil müəssisəsinin fəaliyyəti, həyata keçirilən təhsil proqramları, tələbələrin sayı və onlar üçün yaradılan şərait barədə məlumat verib.Bildirilib ki, Qarabağ Universitetində tədris prosesi artıq üçüncü ildir davam edir. Yeni tədris ilinin sentyabrın 15-də başlaması planlaşdırılır. Universitetdə tələbələrin sayı hər il artır. İlk tədris ilində burada mindən çox tələbə təhsil alıb, ikinci ildə onların sayı 2 mini keçib. Cari tədris ilində isə tələbələrin sayının 3 minə yaxınlaşacağı gözlənilir.Diplomatlara universitetdə tələbələr üçün yaradılan sosial və təhsil imkanları barədə də məlumat verilib. Qeyd olunub ki, tələbələr ödənişsiz təhsil alır, yaşayış imkanları ilə təmin edilir, yataqxana və mənzillərdən istifadə edə bilirlər.Universitetdə müasir tədris proqramlarının tətbiq olunduğu və tələbələrin keyfiyyətli təhsil alması üçün müasir infrastrukturun yaradıldığı bildirilib. Eyni zamanda, ali təhsil müəssisəsinin tədris və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdiyi diqqətə çatdırılıb.Qeyd olunub ki, iqtisadiyyat istiqaməti üzrə yeni korpus artıq inşa edilərək istifadəyə verilib. Növbəti illərdə universitet şəhərciyində daha bir neçə yeni korpusun tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.Səfər zamanı xarici diplomatlar Qarabağ Universitetində yaradılmış təhsil infrastrukturu ilə tanış olub, tələbələr üçün yaradılan şərait və ali təhsil müəssisəsinin gələcək inkişaf planları barədə məlumat əldə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cəbrayıl-Ağbənd elektrik xəttinin tikintisi yekunlaşır

Next Article

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Litva Hərbi Akademiyasının nümayəndələri Azərbaycanda səfərdə olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 12:09 1104 baxış Azərbaycan və Litva arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti görüşlər keçirilib. Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Elpress.az xəbər verir ki, səfər […]

Xankəndidə rəqəmsal idarəetmə forumu keçirilib

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 23:02 1088 baxış Xankəndi şəhərində sosial xidmətlərin rəqəmsallaşdırılması, süni intellektin dövlət idarəçiliyində tətbiqi və beynəlxalq təcrübənin bölüşülməsinə həsr olunan beynəlxalq forum təşkil edilib. Elpress.az xəbər verir ki, Əmək və […]