--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Lula da Silva seçkilərdə tarixi nəticə əldə etdi – yenidən prezident seçildi

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 08:55 1022 baxış

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silva qalib gəlib. O, rəqibi, senator Flavio Bolsonaroya qalib gələrək növbəti prezidentlik müddətini təmin edib.

Elpress.az xəbər verir ki, Braziliyanın Ali Seçki Məhkəməsinin açıqladığı rəsmi nəticələrə əsasən, Lula da Silva etibarlı səslərin 51,79 faizini, Flavio Bolsonaro isə 48,21 faizini toplayıb. Beləliklə, Lula rəqibini təxminən 4,43 milyon səs fərqi ilə qabaqlayıb.

Seçkinin nəticəsi Braziliyanın siyasi tarixində diqqətçəkən hadisə kimi qiymətləndirilir. Belə ki, birinci turda rəqibindən geri qalan namizəd ikinci turda qələbə qazanıb. İlk turda Flavio Bolsonaro 47,03 faiz, Lula da Silva isə 45,16 faiz səs toplamışdı.

Lula da Silva 2027-ci il yanvarın 5-də yeni prezidentlik müddətinə başlayacaq. Bununla o, Braziliyada dördüncü dəfə, ardıcıl olmayan müddətlər üzrə dövlət başçısı vəzifəsini icra edəcək.

Seçki nəticələri ölkədə siyasi rəqabətin davam etdiyini və seçicilərin iki namizəd arasında fərqli seçim etdiyini göstərir. Yeni prezidentlik dövründə hökumətin iqtisadiyyat, sosial siyasət və ölkənin beynəlxalq münasibətləri sahəsində atacağı addımlar diqqət mərkəzində olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Neft bazarında geriləmə: “Brent” və WTI ucuzlaşdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FSB polkovniki ölü inəyin içində ölkədən qaçdı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:27 1082 baxış Rusiyanın keçmiş kəşfiyyatçısı Dmitri Senin Kremldən necə xilas olduğunu açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş yüksək vəzifəli əməkdaşı, 47 yaşlı Dmitri […]

Hörmüz boğazında tankerə dron zərbəsi endirilib

Aysel Əlibəyli 14 Avqust 2026 · 12:52 1062 baxış Hörmüz boğazından çıxan tanker dron hücumuna məruz qalıb Elpress.az xəbər verir ki, Hörmüz boğazında daha bir neft tankerinin dronla hədəfə alındığı bildirilir.Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatlarının […]