--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Hövsan yolundakı sıxlığın səbəbi açıqlanıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:07 1092 baxış

NİİM sürücüləri əks zolağa çıxmamağa və yolayrıcında qaydalara əməl etməyə çağırıb

Elpress.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Suraxanı rayonunun Hövsan (MİDA) yolunda ötən gün yaranan nəqliyyat sıxlığı ilə bağlı açıqlama verib.Mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, müşahidə kameralarının görüntülərinə əsasən, bəzi sürücülər alternativ yol kimi istifadə etdikləri həmin ərazidə əks istiqamətdə hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olublar.Onun sözlərinə görə, yolayrıcında bəzi sürücülərin hərəkət qaydalarını pozması da süni sıxlığın yaranmasına səbəb olub. Nəticədə Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi və “Kənd Hövsan” istiqamətlərində nəqliyyatın hərəkətində ciddi çətinlik yaranıb.Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra ərazidə yaranan xaotik vəziyyət aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.NİİM sürücülərə yol hərəkəti qaydalarına riayət etməklə yanaşı, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmağı tövsiyə edib. Bildirilib ki, yollarda təmir işləri, hərəkət məhdudiyyətləri və ya yol-nəqliyyat hadisələri səbəbindən sıxlıqların yaranması mümkündür.Qeyd olunub ki, bəzi sürücülərin sıxlıq zamanı əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəliləməsi tıxacların daha uzun müddət davam etməsinə səbəb olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Next Article

Bakıda ərini öldürən qadına 12 il həbs cəzası verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Buraxılış imtahanının xarici dil modeli yenilənir

Aysel Əlibəyli 23 İyul 2026 · 13:04 1096 baxış 2027-ci ilin buraxılış imtahanı üçün yeni xarici dil modeli açıqlanıb Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2027-ci ildən tətbiq olunacaq xarici dil imtahan modelini təqdim […]

Dünya yeni iqlim böhranının astanasında

Aysel Əlibəyli 12 İyun 2026 · 11:50 1156 baxış Sakit okeanda formalaşan El-Ninyo fenomeninin son illərin ən güclü iqlim hadisələrindən birinə çevriləcəyi ehtimal olunur. ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin qiymətləndirməsinə əsasən, bu hadisənin […]

Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 08:32 1152 baxış Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının altıncı ildönümüdür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun nəzarətinə keçən şəhər və ətraf kəndlərdə sonrakı illərdə bərpa və yenidənqurma […]

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü

Elşən 25 İyun 2026 · 23:40 1152 baxış Bu gün Azərbaycan xalqının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin yaranmasının ildönümüdür. Elpress.az saytı kollektivi olaraq 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü […]