--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:07 1080 baxış

Şirvanda fövqəladə hallar zamanı əhalinin təxliyəsi və təhlükəsizliyi müzakirə olunub

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində fövqəladə hallara hazırlıq və bu hallar zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı seminar-müşavirə təşkil olunub.Tədbirdə fövqəladə halların əvvəlcədən proqnozlaşdırılması, mümkün risklərin qiymətləndirilməsi, təhlükəli ərazilərdən əhalinin köçürülməsinin təşkili, həmçinin maddi və mədəni sərvətlərin qorunması məsələləri diqqət mərkəzində saxlanılıb.Seminarda FHN-in Muğan Regional Mərkəzinin və bölgədə fəaliyyət göstərən digər qurumların əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, idarə və təşkilatların təmsilçiləri iştirak ediblər.Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxışında müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb. O, FHN-in regional mərkəzi ilə şəhərdəki aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət planlarının nəzərdən keçirildiyini bildirib.Muğan Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Orxan Bağırov isə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qurumlararası əməkdaşlığın vacibliyindən danışıb. Görüşdə mövcud vəziyyət, görülən işlər, qarşıya çıxan problemlər və onların həlli istiqamətləri də müzakirə edilib.Tədbir zamanı regional mərkəzin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda aparılmış monitorinqlərin nəticələrini əks etdirən fotoslaydlar nümayiş etdirilib. Sonda iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabahın hava proqnozu açıqlanıb

Next Article

Cəbrayılın iki kəndinə növbəti köç həyata keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:30 1074 baxış Stansiyaların ətrafında 800 metrlik piyada əlçatanlıq radiusunun müəyyənləşdirilməsi təklif olunur Elpress.az xəbər verir ki, Metro stansiyalarının şəhər sakinləri üçün piyada əlçatanlığını qiymətləndirmək məqsədilə stansiyaların ətrafında müəyyən […]

“Bud-çanaq protezlərində yeni texnoloji mərhələ”

Aysel Əlibəyli 21 May 2026 · 22:59 1126 baxış Yeni texnologiyalar və süni intellekt dəstəyi ilə hazırlanan materiallar bud-çanaq protezləri sahəsində mühüm dönüş yaradaraq daha dayanıqlı, güclü və effektiv tibbi həllər vəd edir. Elpress.az-ın məlumatına […]

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1151 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]

Leyla və Arzu Əliyevadan Lənkəranda könül oxşayan ziyarət

Aysel Əlibəyli 26 May 2026 · 18:43 1208 baxış Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə səfər […]