--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sabahın hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:04 1062 baxış

Bakıda yağmursuz hava, bölgələrdə isə leysan və dolu ehtimalı var

Elpress.az xəbər verir ki, Avqustun 29-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava hökm sürəcək. Gün ərzində yağıntı ehtimalı azdır. Şimal-qərb küləyinin arabir güclənəcəyi bildirilir. Bakıda və Abşeronda gecə temperaturu 21-25°, gündüz isə 28-31° isti olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% təşkil edəcək.Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, gecə və axşam saatlarında ayrı-ayrı yerlərdə qısamüddətli intensiv leysan, şimşək və dolu müşahidə oluna biləcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman yaranacaq.Rayonlarda temperaturun gecə 20-25°, gündüz 32-36° isti, dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 20-25° isti olacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əraqçi: ABŞ təzyiq siyasətindən əl çəkməlidir

Next Article

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 13 İyul 2026 · 10:57 1116 baxış Milli Hidrometeorologiya Xidməti iyulun 13-də ölkə ərazisində əsasən isti və yağmursuz hava şəraitinin hökm sürəcəyini açıqlayıb. Elpress.az xəbər verir ki , Milli Hidrometeorologiya Xidməti iyulun 13-nə […]

DİN-dən bank kartları ilə bağlı vacib xəbərdarlıq

Aysel Əlibəyli 13 İyul 2026 · 12:00 1112 baxış Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarını kiberdələduzlardan qorumağa çağırıb. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, kiberdələduzlar saxta internet səhifələri, şübhəli keçidlər, […]