--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1143 baxış

Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir.

Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. İqlim insanların rifahına və gələcək nəsillərin həyatına təsir göstərən əsas amillərdən biri hesab olunur.

Hazırda iqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən ciddi qlobal problemlər sırasındadır. Qlobal istiləşmə, ozon qatındakı dəyişikliklər, təbii fəlakətlərin artması və hava şəraitinin qeyri-sabitliyi Yer kürəsində ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Bu proses ərzaq təhlükəsizliyinə, insanların yaşayışına və təbii resursların qorunmasına mənfi təsir göstərir.

Son onilliklərdə dünyada iqlim dəyişikliklərinin sürətləndiyi müşahidə olunur və demək olar ki, hər il yeni temperatur rekordları qeydə alınır. Alimlər temperatur artımının gələcəkdə hansı nəticələr doğuracağını tam dəqiqliklə proqnozlaşdıra bilməsələr də, mütəxəssislər insanların bu prosesi yavaşlatmaq imkanına malik olduğunu bildirirlər.

Ekoloqların fikrincə, iqlim dəyişikliklərinin əsas səbəblərindən biri atmosferdə istixana qazlarının artmasıdır. Bu məsələ beynəlxalq səviyyədə ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Yer Sammiti”ndə geniş müzakirə olunub. Daha sonra BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qəbul edilərək dövlətlər üçün ümumi fəaliyyət prinsipləri müəyyənləşdirilib.

1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilən Kioto Protokolu isə inkişaf etmiş ölkələrə istixana qazı emissiyalarını azaltmaq öhdəliyi qoyub. Ardınca 2007-ci ildə Balidə keçirilən beynəlxalq konfransda karbon emissiyalarının azaldılması istiqamətində yeni çağırışlar səsləndirilib.

Mütəxəssislər hesab edir ki, iqlimin qorunması üçün hər bir insan gündəlik həyatında kiçik də olsa addımlar ata bilər. Enerjiyə qənaət, avtomobildən daha az istifadə, ağacəkmə aksiyalarına qoşulmaq və yaşıllıqları qorumaq bu istiqamətdə mühüm rol oynayır. Kiçik görünən bu addımlar ümumi şəkildə böyük nəticələr verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Next Article

Qalatasaray bu gün çempionluq sevincini azarkeşləri ilə birlikdə qeyd edəcək.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyulda temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 18:57 1146 baxış Yay qızmar keçəcək: Azərbaycanda iyul ayı üçün hava proqnozu açıqlandı İyul ayında Azərbaycanda hava şəraitinin əsasən isti və quru keçəcəyi, bəzi günlərdə isə temperaturun yüksək həddə […]

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:08 1082 baxış Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Elpress.az xəbər verir ki, bu münasibətlə sosial şəbəkələrdə Heydər Əliyevə ünvanlanan çoxsaylı təbrik paylaşımları edilib, […]

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:43 1056 baxış Bu gün – 5 avqust Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü qeyd olunur. Bu əlamətdar tarix münasibətilə ölkənin dəniz sərhədlərinin keşiyində dayanan hərbi dənizçilərin xidmətləri bir daha […]

Azərbaycanda siqaretlərdə qiymət artımı gözlənilir

Aysel Əlibəyli 06 İyun 2026 · 11:52 1168 baxış Ölkədə tütün məmulatlarının satış qiymətində dəyişiklik qeydə alınıb. Elpress.az xəbər verir ki, siqaretlərin pərakəndə satış qiymətində təxminən 30 qəpik civarında artım müşahidə olunur. Qiymət dəyişikliklərinin əsas […]