--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:21 1076 baxış

İki ümumi və bir üz-çənə cərrahının ixtisasına uyğun olmayan əməliyyatlar keçirdiyi müəyyən edilib

Elpress.az xəbər verir ki, Ötən ay tibb müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Nəticədə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.Yoxlamalar zamanı müəyyən edilən pozuntular arasında sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi fəaliyyət göstərilməsi, lisenziyada nəzərdə tutulmayan xidmətlərin göstərilməsi, istifadə müddəti başa çatmış və ya dövlət qeydiyyatından keçməmiş dərmanlardan istifadə olunması, yoxlamaya maneə yaradılması və lisenziyasız tibbi fəaliyyətin həyata keçirilməsi halları yer alıb.Araşdırmalar zamanı daha bir ciddi pozuntu da müəyyən edilib. Belə ki, iki ümumi cərrah və bir üz-çənə cərrahının öz ixtisaslarına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları apardıqları aşkarlanıb. Hər üç faktla bağlı qanunvericiliyin müvafiq maddəsinə əsasən ayrıca protokol hazırlanıb.Mütəxəssislər bildirirlər ki, tibbi xidmətlərin qanunvericiliyin tələblərinə zidd göstərilməsi insanların sağlamlığı və həyatı üçün ciddi risk yarada bilər. Bu səbəbdən tibb müəssisələrində aparılan yoxlamalar zamanı aşkar edilən pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.Aşkarlanmış qanun pozuntuları barədə məlumatların aidiyyəti dövlət qurumlarına təqdim edildiyi və nəzarət tədbirlərinin davam etdirildiyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda gənclərin iqlim fəaliyyətində rolu müzakirə edilib

Next Article

Kəlbəcərdə ilk əmək yarmarkası keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabahın hava proqnozu açıklandı

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:49 1082 baxış Avqustun 7-nə olan hava proqnozu: Bakıda və rayonlarda hava əsasən yağmursuz keçəcək Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 7-də Bakıda və Abşeron […]

DYP-dən həftəsonu sürücülərə çağırış

Aysel Əlibəyli 18 İyul 2026 · 15:14 1126 baxış DYP həftəsonu yollarda diqqətli olmağa çağırdı Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.Bildirilib […]