--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 10:02 1066 baxış

Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin siyasiləşdirilməsinə etiraz edib.

Elpress.az xəbər verir ki, Forum bəyanatında xarici internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəf alan və cəmiyyətdə qarşıdurma yaratmağa yönələn məlumatların yayıldığını bildirib.

Təşkilatın mövqeyinə görə, geyim məsələsinin dini qarşıdurma müstəvisinə keçirilməsi ictimai rəyi çaşdırmağa xidmət edir. Forum vətəndaşları milli maraqlara, Konstitusiya dəyərlərinə və ictimai həmrəyliyə qarşı yönələn informasiya təxribatlarına qarşı ayıq olmağa çağırıb.

Bəyanatda vurğulanıb ki, dünyəvilik Azərbaycanın dövlətçilik ənənəsinin mühüm hissəsidir. Ölkənin tarixi-mədəni irsində İslamın xüsusi yeri olsa da, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşaması da dövlətin əsas dəyərlərindən biri kimi təqdim edilib.

Forum məscid, kilsə və sinaqoqların yanaşı fəaliyyət göstərməsini, dini ibadət məkanlarının qorunmasını və tarixi abidələrin bərpasını Azərbaycandakı dini tolerantlığın nümunələri kimi qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin Ağdam Cümə məscidindən başlaması və Şuşanın azadlığı zamanı azan səsinin ucalması da bəyanatda xalqın dini-mənəvi dəyərlərinə bağlılığın göstəricisi kimi xatırladılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bill Qeyts 2027-ci ildə kiberhücumların artacağı barədə xəbərdarlıq edib

Next Article

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda oktyabrın 11-də bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:02 1048 baxış Paytaxtda oktyabrın 11-də beynəlxalq tədbirə hazırlıqla əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək. Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat […]

İstirahət zonalarında polis gücləndirilmiş rejimdə xidmət aparır

Aysel Əlibəyli 09 Avqust 2026 · 16:53 1066 baxış Elpress.az xəbər verir ki, isti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq, həmin ərazilərdə polis əməkdaşlarının fasiləsiz […]

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1116 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:06 1094 baxış Tədbirdə təhlükəsizlik mədəniyyətinin və fövqəladə hallarla bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və Nazirliyin yanında İctimai Şuranın […]