Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birinin mühafizəçisi bir qrup şəxsin hücumuna məruz qalaraq ağır xəsarət alıb.
Elpress.az Trend-ə istinadən yaydığı məlumata görə, bir qrup şəxs məktəbin xarici divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla mühafizəçi arasında mübahisə yaranıb.
Bildirilir ki, təxminən 10 nəfər mühafizəçiyə hücum edib. Ağır xəsarət alan şəxs səhər saatlarında xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.


