--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Tələbələr üçün süni intellekt təlimi keçirilib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:13 1056 baxış

“AI4Real Bootcamp” proqramında 14 universitetdən 26 tələbə iştirak edib

Elpress.az xəbər verir ki, Azercell-in təşəbbüsü və dəstəyi, ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb.Proqramda Azərbaycanla yanaşı, xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələr iştirak ediblər. Seçim mərhələsindən sonra 14 universiteti təmsil edən 26 tələbə təlimlərə cəlb olunub.İştirakçılar süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqi ilə bağlı biliklər əldə edib, real biznes tapşırıqları üzərində çalışaraq AI texnologiyalarından istifadə etməklə müxtəlif həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislər və sənaye ekspertlərinin iştirakı ilə təşkil olunub.Proqram çərçivəsində telekommunikasiya sahəsində süni intellektin tətbiqi üzrə real nümunələr təqdim edilib, texnologiyanın biznes üçün yaratdığı imkanlar və praktiki üstünlüklər müzakirə olunub. ADA Universitetinin professor-müəllim heyəti və dəvət olunan ekspertlər də müxtəlif AI həllərinin tətbiqi barədə iştirakçılara məlumat veriblər.İntensiv təlim və praktiki məşğələlər tələbələrin süni intellekt üzrə bilik və bacarıqlarının inkişafı ilə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə qabiliyyətlərinin formalaşmasına da töhfə verib.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Ən yüksək nəticə göstərən beş tələbə isə yeni tədris ilində Azercell və ADA Universitetinin birgə təşkil edəcəyi hakatonda birbaşa iştirak etmək hüququ qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda pul bazası 24,2 milyard manatı ötüb

Next Article

Azərbaycanın Latviyadakı yeni səfiri etimadnaməsini təqdim edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:01 1062 baxış Təmir işləri səbəbindən avqustun 14-dən paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının bir neçə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə […]

Anar Əliyev Qusarda vətəndaşlarla görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:32 1088 baxış Qusar və Quba sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib Elpress.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba […]

Sabahın havası açıqlandı

Aysel Əlibəyli 13 İyun 2026 · 13:24 1148 baxış İyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gündüz saatlarında bəzi […]