--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:12 1126 baxış

“Qırmızı Körpü” postunda yük avtomobilindən yüzlərlə dərman vasitəsi çıxıb

Elpress.az xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarəti zamanı bəyan edilmədən ölkəyə keçirilməsinə cəhd göstərilən dərman vasitələri aşkar ediblər.Dövlət Gömrük Komitəsinin məlumatına görə, hadisə idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində qeydə alınıb. Yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib.Yoxlama nəticəsində avtomobilin dartıcı hissəsində gömrük orqanlarına əvvəlcədən bildirilməyən 4 adda 448 kapsul və 81 ədəd müxtəlif dərman vasitəsi aşkarlanıb.Aşkar edilən faktla bağlı hazırda araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cəbrayılın iki kəndinə növbəti köç həyata keçirilib

Next Article

Ukrayna Yaroslavldakı neftayırma zavoduna hücumu təsdiqləyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sahədə soğan yığarkən həyatını itirdi

Aysel Əlibəyli 25 İyul 2026 · 14:42 1070 baxış Ağdamda soğan yığımı zamanı halı pisləşən qadın hadisə yerində ölüb. Elpress.az xəbər verir ki, Ağdam rayonunda bədbəxt hadisə baş verib. Hadisə Mərzili kəndi ərazisində qeydə alınıb. […]

Bakıda soyğunçuluq edən gənc saxlanılıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:23 1048 baxış Nəsimi rayonunda zor tətbiq etməklə pul alan 22 yaşlı şübhəli tutulub Elpress.az xəbər verir ki, Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Hadisə zamanı naməlum şəxs […]

Restoranda mürəbbə davası məhkəmədə bitdi

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:56 1068 baxış Paytaxt restoranında iş yoldaşını döyən ofisiant barışıq sayəsində məsuliyyətdən azad edildi Elpress.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən “Ay İşığı” restoranında işçilər arasında münaqişə baş […]