--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 00:15 1144 baxış

Bu gündən etibarən Azərbaycanda Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb.

Elpress.az xəbər verir ki, Məhərrəm ayının ilk günü Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin hazırladığı təqvim, eləcə də Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən miladi təqvimlə iyunun 16-na təsadüf edir. Aşura günü isə iyunun 25-də qeyd olunacaq.Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq mərasimləri ilə bağlı dindarlara bir sıra tövsiyələr verib. Bildirilib ki, müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və digər bu kimi əməllər dini baxımdan məqbul hesab edilmir.Eyni zamanda vurğulanıb ki, dini mərasimlər qanunvericiliyin tələblərinə uyğun olaraq məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə keçirilməlidir.Qeyd olunub ki, hər il olduğu kimi, bu il də paytaxt və bölgələrdə yerləşən qan banklarında, eləcə də tibb müəssisələrində qanvermə aksiyalarının təşkili nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Next Article

Qaxda savate üzrə turnir keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yağışlı və dolulu hava xəbərdarlığı

Aysel Əlibəyli 08 İyun 2026 · 16:37 1152 baxış İyunun 9-dan 12-dək gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı və yağışların müəyyən ərazilərdə fasilələrlə davam edəcəyi proqnozlaşdırılır. […]

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 1150 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]

MEDİA statistik məlumatların düzgün təqdim edilməsinə çağırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:01 1138 baxış MEDİA xəbər və statistik məlumatların yayımında mənbə, metodologiya və kontekstin düzgün göstərilməsinin vacibliyini vurğulayıb. Medianın İnkişafı Agentliyi (MEDİA) mediada statistik məlumatların təqdimatı zamanı məlumatların mənbəyinin, hazırlanma […]