--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda nəqliyyat məhdudiyyəti: 7 marşrut üzrə dəyişiklik ediləcək

Aysel Əlibəyli 30 İyun 2026 · 16:00 1112 baxış

Elpress.az xəbər verir ki, paytaxtın bəzi küçələrində aparılan təmir işləri ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Məlumata görə, Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissəsində, həmçinin Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək olan ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyətlə əlaqədar olaraq 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm avtobus marşrutları müvəqqəti olaraq alternativ istiqamətlər üzrə fəaliyyət göstərəcək.

Belə ki, qeyd olunan marşrutların hərəkəti Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələri vasitəsilə təşkil olunacaq.

Sərnişinlərə səfərlərini planlaşdırarkən yaranmış dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 5-ci mərtəbədən yıxılan azyaşlı ilə bağlı yeni təfərrüatlar

Next Article

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bu ərazidə qaz kəsiləcək

Aysel Əlibəyli 06 İyul 2026 · 19:11 1094 baxış “Azəriqaz”dan xəbərdarlıq: Sabah Balaxanıda qaz təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun bir hissəsində abonentlər qazsız qalacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi əhaliyə […]

“Həzi Aslanov”da narahatlıq yaradan metro keçidi

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:30 1068 baxış Məhəmməd Hadi küçəsində yeni metro keçidi tikilir: Sakinlərin təhlükəsizlik narahatlığına cavab verildi Elpress.az xəbər verir ki, Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri yaşayış binasının […]

Azərbaycanda 18 yaşadək şəxslərin gecə işləməsi qadağandır

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:16 1054 baxış Yetkinlik yaşına çatmayan işçilərin əməyindən istifadə ilə bağlı xüsusi məhdudiyyətlər müəyyən edilib Elpress.az xəbər verir ki, Azərbaycanda 18 yaşına çatmayan şəxslərin əmək fəaliyyətinə cəlb olunması ilə […]

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:13 1092 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə keçirilən qəbul zamanı bir neçə rayonun sakinlərinin müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Azərbaycan Prezidenti İlham Əliyevin […]