--:--:-- | 15 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 1068 baxış

Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur.

Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasında qəbul edilmiş qətnamə ilə təsis edilib. Məqsəd parlamentlərin və parlament təşkilatlarının davamlı inkişafın təmin olunması, demokratiyanın möhkəmləndirilməsi və insanların həyat şəraitinin yaxşılaşdırılmasındakı rolunu ön plana çıxarmaqdır. Tarix həm də 1889-cu ildə yaradılmış Parlamentlərarası İttifaqın ildönümü ilə əlaqədardır. Dünyanın ilk çoxtərəfli siyasi təşkilatlarından biri hesab olunan qurum beynəlxalq əməkdaşlığın genişlənməsinə, münaqişələrin dialoq yolu ilə həllinə və parlament diplomatiyasının inkişafına mühüm töhfələr verib. Azərbaycanda parlamentarizmin inkişafı isə müstəqillik dövründə yeni mərhələyə qədəm qoyub. Xüsusilə 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə parlament institutunun möhkəmlənməsinə və siyasi sabitliyin təmin edilməsinə mühüm təsir göstərib. Onun rəhbərliyi dövründə parlamentin fəaliyyətində şəffaflıq artırılıb, siyasi dialoq və qanunun aliliyi prinsipləri ön plana çıxarılıb.1995-ci ildən etibarən isə Azərbaycan parlamenti ölkənin siyasi sisteminin formalaşmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində və insan hüquqlarının müdafiəsində mühüm rol oynayıb.Bu gün Milli Məclis Azərbaycanın xarici siyasətində və parlament diplomatiyasında da fəal iştirak edir. Müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, parlamentlərarası dostluq qrupları və yüksəksəviyyəli konfranslar ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir.

Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsi isə milli parlamentarizm tarixinin və parlament diplomatiyasının mühüm uğurlarından biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda nəqliyyat məhdudiyyəti: 7 marşrut üzrə dəyişiklik ediləcək

Next Article

PAŞA Sığortadan su basan avtomobilə 77 min manat ödəniş

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Aysel Əlibəyli 28 İyun 2026 · 18:57 1110 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində baş vermiş və 14 nəfərin ölümü ilə nəticələnmiş helikopter qəzası ilə əlaqədar […]

Rubiodan Ukrayna ilə bağlı mühüm açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:23 1156 baxış ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təşəbbüsləri yenidən aktivləşdirməyə hazır olduğunu bəyan edib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində […]

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 1070 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]