--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda 18 yaşadək şəxslərin gecə işləməsi qadağandır

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:16 1052 baxış

Yetkinlik yaşına çatmayan işçilərin əməyindən istifadə ilə bağlı xüsusi məhdudiyyətlər müəyyən edilib

Elpress.az xəbər verir ki, Azərbaycanda 18 yaşına çatmayan şəxslərin əmək fəaliyyətinə cəlb olunması ilə bağlı bir sıra qanuni məhdudiyyətlər mövcuddur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, bu yaş qrupunda olan işçilərin gecə növbəsinə, iş vaxtından artıq əməyə, istirahət və bayram günlərində işə cəlb edilməsi, həmçinin ezamiyyətə göndərilməsi qadağandır.16 yaşadək şəxslər üçün həftəlik iş vaxtı 24 saat, 16-18 yaş arasında olanlar üçün isə 36 saat müəyyənləşdirilib. Bu şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti tətbiq edilmir və onlar attestasiyadan keçirilmir.Yetkinlik yaşına çatmayan işçilərə ən azı 35-42 təqvim günü müddətində əmək məzuniyyəti verilməlidir. Onların ağır çəkili əşyaların qaldırılması ilə bağlı işlərə cəlb olunmasına da yol verilmir.Bundan başqa, 18 yaşdan aşağı şəxslərin ağır və zərərli əmək şəraitində, yeraltı obyektlərdə, gecə klublarında və barlarda, eləcə də tütün, alkoqol, energetik içkilər və toksik maddələrin istehsalı, daşınması və satışı ilə bağlı işlərdə çalışması qadağandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gənc müğənni dənizdə boğularaq ölüb

Next Article

Zelenski iki azərbaycanlı hərbçini təltif edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Marco Rubio ilə Hakan Fidan arasında görüş keçirilib.

Aysel Əlibəyli 22 May 2026 · 21:13 1147 baxış Marco Rubio NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Hakan Fidan ilə bir araya gəlib. Elpress.az -ın Azərtac- a istinadən xəbər verirki tərəflər Ankarada keçiriləcək NATO Zirvə […]

İrakli Kobaxidze WUF13 üçün Azərbaycana gəlib

Elşən 18 May 2026 · 10:23 1115 baxış Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfər edib. Elpress.az-ın Apa-ya istinadən verdiyi məlumata əsasən, səfər barədə ölkənin […]

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:54 1052 baxış Həssas qruplardan olan şəxslər 14 istiqamət üzrə bacarıqlarını inkişaf etdirirlər Elpress.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında hazırda 360-dək benefisiar […]

Payızda yay istisi gözlənilir

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:48 1068 baxış Ekoloq xəbərdarlıq etdi: İqlim sürüşmələri səbəbindən sıcak hava oktyabr ayına qədər uzana bilər Elpress.az xəbər verir ki, Qlobal iqlim dəyişiklikləri fəsillərin başlanğıc və bitmə vaxtlarında sürüşmələrə […]