--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:13 1104 baxış

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə keçirilən qəbul zamanı bir neçə rayonun sakinlərinin müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbullarını davam etdirirlər. Növbəti qəbul Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilib.Qəbul zamanı Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib, onların ərizə və şikayətlərinə baxılıb. Görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda vətəndaşlar əsasən məşğulluq, torpaq sahələrinin icarəyə verilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat, suvarma və digər aqrar məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.Məcnun Məmmədov hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Müraciətlərin bir hissəsi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə baxılması üçün müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.Görüş zamanı iştirakçılara “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda aqrar sahədə yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi tədbirləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, dövlət başçısının aqrar sektorun inkişafına yönəlmiş qərarları kənd təsərrüfatı istehsalçılarının rifahının yüksəlməsinə və sahənin davamlı inkişafına mühüm töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Next Article

Bakıda zəncirvari qəza: Yaralıların son durumu məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pensiya yaşı ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:42 1070 baxış Deputat: Pensiya yaşının artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya yaşının artırılacağı barədə yayılan iddialara Milli Məclisin İnsan hüquqları […]

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1074 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1176 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 00:15 1124 baxış Bu gündən etibarən Azərbaycanda Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb. Elpress.az xəbər verir ki, Məhərrəm ayının ilk günü Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə […]