--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“28 May” – “Nizami” tunellərində qazıntı işləri davam edir

Aysel Əlibəyli 02 Noyabr 2026 · 22:40 1038 baxış

Bakı metrosunun “28 May” və “Nizami” stansiyaları arasında inşa edilən iki yeni tuneldə tikinti prosesi davam edir. Tunellərdən birində mürəkkəb geoloji və hidrogeoloji şəraitlə qarşılaşılsa da, işlərin müəyyən olunmuş vaxtda yekunlaşdırılması gözlənilir.

Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işləri qrafikə uyğun aparılır.

Onun bildirdiyinə görə, layihənin tamamlanması üçün 11 ay vaxt ayrılıb. İndiyədək tunellərdən birində 40 metrdən çox, digərində isə 30,5 metr məsafədə qazıntı işləri başa çatdırılıb. Mürəkkəb geoloji şəraitə baxmayaraq, mövcud vəziyyət layihənin nəzərdə tutulan müddətdə tamamlanmasına imkan verir.

Qeyd edək ki, Bakı metrosunun Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsi çərçivəsində əsas tikinti mərhələsinə avqustun 15-də başlanılıb. Bu səbəbdən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Məhdudiyyət paytaxtda sərnişinlərin gündəlik gediş-gəlişinə təsir göstərir. Xüsusilə pik saatlarda ictimai nəqliyyatda sıxlıq və əlavə vaxt itkisi yaranır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah bu ərazilərdə elektrik enerjisi kəsiləcək

Next Article

Türkiyədə 5,1 maqnitudalı zəlzələ qeydə alındı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məktəb seçiminə start verildi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:06 1130 baxış Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb Elpress.az xəbər verir ki, Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçimi başlayıb. Tədris digər dillərdə aparılan […]

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Aysel Əlibəyli 01 İyun 2026 · 19:24 1225 baxış Şəhid ailəsi üzvləri üçün təşkil olunan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elpress.az -ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil […]