--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Növbəti köç karvanları Xocavəndə çatıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:08 1060 baxış

Xocavənd şəhəri, Quzeyxırman kəndi və Qırmızı Bazar qəsəbəsinə 50 ailə köçürülüb

Elpress.az xəbər verir ki, Sentyabrın 15-də doğma yurdlarına yola salınan növbəti köç karvanları Xocavənd şəhərinə, Quzeyxırman kəndinə və Qırmızı Bazar qəsəbəsinə çatıb.Köç çərçivəsində Xocavənd şəhərində 33 ailədən 135 nəfərə, Quzeyxırman kəndində 8 ailədən 41 nəfərə, Qırmızı Bazar qəsəbəsində isə 9 ailədən 44 nəfərə yeni mənzillərin açarları təqdim olunub.Beləliklə, gün ərzində ümumilikdə 50 ailədən 220 nəfərin Xocavənd rayonuna köçü təmin edilib. Açarların təqdim olunması mərasimlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Həsənov Çin müdafiə naziri ilə görüşüb

Next Article

UEFA Superkuboku 2028-ci ildə Astanada keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Diqqət! Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 00:09 1068 baxış Elpress.az xəbər verir ki, sentyabrın 14-də Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Yasamal rayonunda […]

Bakıda 18 istiqamətdə sıxlıq yaranıb – yolların siyahısı

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 09:55 1090 baxış Hazırda yollarda vəziyyət belədir:Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə […]

Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak edir

Elşən 18 May 2026 · 14:40 1166 baxış Emin Əmrullayev rəhbərlik etdiyi nümayəndə heyəti 17–20 may 2026-cı il tarixlərində London şəhərində təşkil olunan World Education Forum 2026 tədbirində iştirak edir. “Ortaq gələcək naminə təhsil: sülh, […]