Səbail rayonunun bəzi ərazilərində magistral su xəttində aparılan təmir işləri ilə əlaqədar içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.
Elpress.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına əsasən, fasilənin oktyabrın 12-dən 13-dək davam edəcəyi gözlənilir.
Sakinlərə gündəlik su ehtiyatlarını əvvəlcədən nəzərə almaları tövsiyə olunur.


