--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Zakir Həsənov Çin müdafiə naziri ilə görüşüb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:05 1096 baxış

Pekində keçirilən görüşdə hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Elpress.az xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çində işgüzar səfər çərçivəsində Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.Görüş zamanı Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib.Tərəflər, həmçinin beynəlxalq təhlükəsizlik və sabitlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.Səfər çərçivəsində Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının istehsalat bazasında da olub. O, korporasiyanın Baş direktoru Çen Şaoyan ilə görüşərək müdafiə təyinatlı müxtəlif sistemlərlə tanış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lukaşenko Trampın nümayəndələri ilə görüşüb

Next Article

Növbəti köç karvanları Xocavəndə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:06 1126 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində […]

ABŞ Konqresinin nümayəndəsi ANAMA-da olub

Aysel Əlibəyli 19 İyun 2026 · 18:46 1170 baxış ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində (ANAMA) olub. Elpress.az xəbər verir ki, ANAMA-nın İdarə Heyətinin […]

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1201 baxış Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets […]