--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:49 1136 baxış

Suraxanı rayonunun Hövsan qəsəbəsində sakinlərin rahat istirahəti üçün yeni ictimai çimərlik yaradılıb. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni nümunəvi ictimai çimərlik sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan bu istirahət məkanı təxminən 5 hektar ərazini əhatə edir.Ödənişsiz istifadəyə təqdim olunan yeni çimərlik IDEA İctimai Birliyi tərəfindən yaradılan yeddinci nümunəvi ictimai çimərlikdir. Sakinlərin rahat və təhlükəsiz istirahətinin təmin olunması məqsədilə ərazidə zəruri infrastruktur yaradılıb.Çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, şezlonqlar, zibil konteynerləri və oyun meydançaları istifadəyə verilib.Layihə çərçivəsində əlilliyi olan şəxslərin rahat hərəkəti də nəzərə alınıb. Hərəkət məhdudiyyəti olan şəxslərin suya və digər ərazilərə maneəsiz çıxışı üçün xüsusi yollar və panduslar inşa edilib, yaxın dayanacaq isə onlar üçün xüsusi nişanlarla ayrılıb.Yeni çimərliyə giriş və yaradılan bütün imkanlardan istifadə tamamilə ödənişsizdir. IDEA tərəfindən yaradılan nümunəvi ictimai çimərliklər həm əhalinin rahat istirahətinə şərait yaratmaq, həm də ekoloji və sosial məsuliyyət anlayışlarını təşviq etmək məqsədi daşıyır.Qeyd edək ki, bundan əvvəl Leyla Əliyevanın təşəbbüsü ilə Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər abadlaşdırılaraq nümunəvi ictimai çimərliklər yaradılıb. Hövsandakı yeni çimərliklərlə birlikdə onların sayı yeddiyə çatıb.IDEA İctimai Birliyi vətəndaşları dəniz mövsümündə sahillərin təmizliyini qorumağa, ətraf mühiti çirkləndirməməyə, suda təhlükəsizlik qaydalarına əməl etməyə və istirahət zamanı diqqətli olmağa çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Almaniyada 4 futbolçu penalti vurmaqdan imtina etdi

Next Article

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MİQ imtahanlarının başlanacağı tarix məlum oldu

Aysel Əlibəyli 09 İyul 2026 · 15:03 1094 baxış Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək. Elpress.az xəbər verir ki, Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

Azərbaycanda hava 39 dərəcəyədək qızacaq

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:17 1054 baxış Sabah ölkənin bəzi bölgələrində temperatur 39°-yə yüksələcək Elpress.az xəbər verir ki, Sabah Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti hökm sürəcək.Bakıda və Abşeron yarımadasında havanın açıq […]

Dövlət Agentliyində yeni sədr müavini təyin olunub

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:02 1052 baxış Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətində yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri […]