--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Dövlət qulluqçularına yeni qayda: fəaliyyətlərini davam etdirmək üçün imtahan tələb olunmayacaq

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 15:16 1086 baxış

Azərbaycanda hazırlanmış yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi dövlət qulluqçularının fəaliyyətinin davam etdirilməsi ilə bağlı mövcud qaydalarda dəyişiklik nəzərdə tutur. Layihədə qulluq fəaliyyətini davam etdirmək üçün növbəti sertifikatın əldə edilməsi məqsədilə yenidən imtahan verilməsi tələbi yer almayıb.


Elpress.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni qaydalar çərçivəsində dövlət qulluğuna qəbul zamanı sertifikat tələbi saxlanılır. Lakin artıq dövlət qulluğunda çalışan şəxsin fəaliyyətini davam etdirməsi üçün yenidən sertifikat alması tələb edilməyəcək. Bu şəxslərin fəaliyyəti yeni mexanizm əsasında keçiriləcək qiymətləndirmə ilə müəyyənləşdiriləcək.
Hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” qanunun 28-1-ci maddəsinə əsasən, dövlət qulluqçusu fəaliyyətini davam etdirmək üçün sertifikatının qüvvədə olduğu müddətin son ilində növbəti sertifikatı əldə etmək məqsədilə imtahanda iştirak etməlidir.
Mövcud qaydalara əsasən, dövlət qulluğuna sertifikat əsasında qəbul olunan şəxs sonradan iki dəfə sertifikat əldə etdikdə isə sonuncu sertifikat müddətsiz hesab olunur. Bundan sonra həmin şəxsin dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün yenidən imtahana cəlb edilməsi nəzərdə tutulmur.
Yeni Məcəllənin layihəsində isə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün növbəti imtahanın keçirilməsi ilə bağlı müddəa yoxdur.
Qeyd edək ki, Azərbaycanda yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb. Sənəd 15 fəsil və 94 maddədən ibarətdir.
Məcəllə qüvvəyə mindikdən sonra dövlət qulluğu sahəsində hazırda tətbiq olunan bir sıra qanunvericilik aktlarının ləğvi nəzərdə tutulur. Bunlar arasında “Dövlət qulluğu haqqında”, dövlət qulluqçularının iş vaxtı, vəzifə maaşlarına yerli əmsallar, xüsusi və təhlükəli iş şəraiti ilə bağlı əlavə əmsallar, etik davranış qaydaları və Dövlət Qulluğunu İdarəetmə Şurasına dair qanunvericilik aktları yer alır.
Dövlət Qulluğu Məcəlləsinin layihəsi Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında ilk oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yeni Klinikanın robotik əməliyyat təcrübəsi beynəlxalq konqresdə təqdim olunub

Next Article

“Manatlıq taksilər”in fəaliyyəti dayandırıldı – sərnişinlərin gediş-gəlişi çətinləşdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bu ərazidə qaz kəsiləcək

Aysel Əlibəyli 06 İyul 2026 · 19:11 1112 baxış “Azəriqaz”dan xəbərdarlıq: Sabah Balaxanıda qaz təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun bir hissəsində abonentlər qazsız qalacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi əhaliyə […]

Leyla Əliyeva Aşqabadda üçtərəfli görüşdə iştirak edib

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 17:48 1060 baxış Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda ekoloji təşəbbüslər və uşaqların rifahı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Elpress.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla […]