Bakının 20 Yanvar və Moskva prospektlərində fəaliyyət göstərən “manatlıq taksilər”in dayandırılması Xırdalan, Masazır, Sumqayıt, Saray və Ceyranbatan istiqamətində hərəkət edən sərnişinlər üçün nəqliyyat çətinliyi yaradıb.
Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
AYNA-dan bildirilib ki, sifarişli sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş müvafiq icazələrin alınması vacibdir.
Qeyd olunub ki, tələb olunan icazələr olmadan sərnişin daşınması ilə məşğul olmaq inzibati məsuliyyət yaradır.
Məsələ ilə bağlı yaranan çətinlik xüsusilə şəhərdən Xırdalan, Masazır, Sumqayıt, Saray və Ceyranbatan istiqamətində gedən sərnişinlərin gündəlik gediş-gəlişinə təsir edib.


