Elpress.az xəbər verir ki, Yeni Klinikanın mütəxəssisləri Çində keçirilən 20-ci Çin Mədə Xərçəngi Konqresində (CGCC 2026) Azərbaycanı təmsil ediblər.
Beynəlxalq tədbirdə Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri Eldar Əhmədov və ümumi cərrah Ayxan Abbasov iştirak ediblər.Konqres çərçivəsində Yeni Klinikanın həyata keçirdiyi ilk robotik total qastrektomiya təcrübəsi təqdim olunub.Tədbir mədə xərçənginin müalicəsində müasir cərrahi yanaşmaların, robotik texnologiyaların və yeni tibbi təcrübələrin müzakirəsi baxımından beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Azərbaycanlı həkimlərin belə nüfuzlu beynəlxalq platformada iştirakı ölkədə müasir cərrahiyyə sahəsində tətbiq olunan yeniliklərin təqdim edilməsi baxımından əhəmiyyət daşıyır.


