--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Yardımlıda narkotik risklərinə qarşı maarifləndirmə aksiyası keçirilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:03 1066 baxış

Sakinlərə sosial şəbəkələrdə gizli narkotik təbliğatı və süni intellekt məzmunlarının yaratdığı risklər izah olunub

Elpress.az xəbər verir ki, Yardımlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı maarifləndirici aksiya təşkil edilib.Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.Aksiya zamanı sakinlərə, xüsusilə yeniyetmə və gənclərə narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumat verilib. İnternet və sosial şəbəkələrdə gizli manipulyasiya üsulları, psixoloji təzyiq, yanlış təsəvvürlərin formalaşdırılması və süni intellekt vasitəsilə hazırlanan məzmunların mümkün riskləri diqqətə çatdırılıb.Rayonun müxtəlif yaşayış məntəqələrində, istirahət ərazilərində, küçə və prospektlərində keçirilən görüşlər zamanı iştirakçılara psixoaktiv maddələrin insan sağlamlığına təsiri, narkotik və psixotrop maddələrdən istifadənin fəsadları, inzibati məsuliyyət və hüquqi məsələlər barədə məlumat verilib.Həmçinin yeniyetmələrdə narkotik istifadəsinin erkən davranış və fizioloji əlamətlərinin vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti, düzgün qərarvermə bacarıqlarının formalaşdırılması və bu sahədə valideynlərin rolu izah olunub.Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət” və digər mövzularda hazırlanmış maarifləndirici materiallar paylanılıb.Tədbirdə narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr də diqqətə çatdırılıb və sağlam həyat tərzinin təşviqi ilə bağlı çağırışlar səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunur

Next Article

Fuad Muradov: Azərbaycan İƏT ölkələri ilə diaspor sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 1135 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Elşən 18 May 2026 · 07:32 1154 baxış Türkiyənin aparıcı televiziya kanalları, xəbər portalları, informasiya agentlikləri və çap mediası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə geniş reportajlar yayımlayıb. Materiallarda forumun beynəlxalq əhəmiyyəti və qlobal […]

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 1146 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]