--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

BDU rəhbərliyində yeni təyinat: Mirzə Mirzəyevə yüksək vəzifə həvalə olundu

Aysel Əlibəyli 26 İyun 2026 · 18:29 1062 baxış

Elpress.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Mirzə Mirzəyev Bakı Dövlət Universitetinin maliyyə-təsərrüfat işləri üzrə prorektoru təyin edilib.

Bildirilib ki, Mirzə Mirzəyev bu təyinata qədər universitet rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsini icra edib.

Qeyd edək ki, sözügedən vəzifəni daha əvvəl Nəbi Ramazanlı tuturdu. O, bir müddət əvvəl vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Mirzə Mirzəyev 2021-ci ilin iyul ayında BDU-nun əsas binasında baş vermiş insident zamanı universitetin komendantı Şahlar Bəgalıyev ilə birlikdə bıçaqlı hücuma məruz qalmış və müxtəlif xəsarətlər almışdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Maqdeburq terrorunun təqsirləndirilən şəxsinə Almaniyada ömürlük həbs verildi

Next Article

Borc mübahisəsi qanla bitdi: 17 yaşlı yeniyetmə atışmada öldürüldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Bakının 4 rayonunda qaz olmayacaq”

Aysel Əlibəyli 24 May 2026 · 21:19 1082 baxış Sabah Bakının 4 rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Elpress.az – a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Qeyd […]

Xaricdə gizlənən axtarışdakı şəxslər saxlanıldı

Elşən 29 Aprel 2026 · 11:04 1074 baxış Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləşdikləri ölkələr müəyyən edilib. Bildirilib ki, dələduzluq ittihamı ilə axtarılan şəxslərdən Binəqədi RPİ tərəfindən […]

Ramid Namazov: Həssas məlumatlar artıq ölkə daxilində emal olunur

Aysel Əlibəyli 09 İyul 2026 · 15:38 1028 baxış Milli Məclisin komissiya sədri Ramid Namazov bildirib ki, Azərbaycanda yaradılan milli super kompüter mərkəzi həssas məlumatların ölkə sərhədlərini tərk etmədən emal edilməsinə imkan yaradır. Elpress.az xəbər […]