--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ramid Namazov: Həssas məlumatlar artıq ölkə daxilində emal olunur

Aysel Əlibəyli 09 İyul 2026 · 15:38 1048 baxış

Milli Məclisin komissiya sədri Ramid Namazov bildirib ki, Azərbaycanda yaradılan milli super kompüter mərkəzi həssas məlumatların ölkə sərhədlərini tərk etmədən emal edilməsinə imkan yaradır.

Elpress.az xəbər verir ki, Ramid Namazov bu fikirləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirələr zamanı səsləndirib.Onun sözlərinə görə, ölkədə milli super kompüter mərkəzinin yaradılması mürəkkəb süni intellekt modellərinin xarici platformalardan asılı olmadan təhlükəsiz şəkildə idarə edilməsinə şərait yaradır. Komissiya sədri vurğulayıb ki, bu addım milli təhlükəsizliyin və rəqəmsal suverenliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Beləliklə, dövlətə məxsus həssas məlumatlar artıq ölkə hüdudlarından kənara çıxmadan emal oluna bilir.Ramid Namazov əlavə edib ki, 2026–2028-ci illəri əhatə edən fəaliyyət planına uyğun olaraq qadağan edilmiş məzmunun süni intellekt vasitəsilə avtomatik aşkarlanması da nəzərdə tutulur. O bildirib ki, növbəti mərhələdə, 2028-ci ilin sonunadək Azərbaycan dili üzrə böyük dil modellərinin hazırlanması planlaşdırılır. Bu təşəbbüsün məqsədi Azərbaycan dilində daha keyfiyyətli süni intellekt həllərinin yaradılması, eləcə də ölkənin mədəni və linqvistik suverenliyinin daha da möhkəmləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şahin Diniyev: “Vestri” ilə oyun “Qarabağ” üçün rahat keçəcək

Next Article

İyulda şansı üzünə güləcək 4 bürc açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1193 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

Nəsimi rayonunda müvəqqəti qaz məhdudiyyəti

Aysel Əlibəyli 10 İyun 2026 · 16:35 1090 baxış Sabah Bakının Nəsimi rayonunda yerləşən bir sıra küçələrdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, təmir-quraşdırma […]